Sakit Okeanın Fici sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.