Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tacikistanda səfərdə olub.
Teleqraf.com-un Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, N.Patruşevin prezident Emoməli Rəhmonla görüşündə ikitərəfli və təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbətdə Əfqanıstanda sülhün və sabitliyin bərpası, ölkədə yeni prezident seçildikdən sonra hadisələrin indiki vəziyyəti və inkişafı diqqət mərkəzində olub.
Görüşdə terrorizm, ekstremizm, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, regionda və dünyada təhlükəsizliyin qorunması və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində N.Patruşev Tacikistan Təhlükəsizlik Şurasının katibi Abduraxim Kaxarovla da görüşüb.