Əfqanıstanın Qəzni şəhərində baş verən partlayış nəticəsində azı 26 nəfər ölüb, 16 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun əsgərləridir.
İlkin məlumata görə, Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partlayıcı ilə dolu avtomobil partlayıb. Qeyd edilir ki, partlayışdan əvvəl atışma olub.
Əfqanıstanın bu bölgəsində fəaliyyət göstərən ekstremist qrupların heç biri hələ baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.