Noyabrın 28-də Nigeriyanın şimal-şərqində "Boko xaram" qruplaşmasının silahlıları tərəfindən azı 70 fermer öldürülüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə bazar günü yerli hakimiyyətə istinadən “France-Presse” agentliyi bildirib.
"Ötən şənbə günü 43 həlak olmuş haqqında məlumatlar daxil oldu, ancaq hadisə yerinə gedəndən sonra aydın oldu ki, 70 insan öldürülüb", - Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib. O, bazar günü düyü sahələrinin yerləşdiyi və fermerlərin qətlə yetirildiyi Zabarmari kəndinə gedib.
Qeyd edək ki, "Boko xaram" qruplaşması 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. O, Afrikanın bu ölkəsində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. Qruplaşma 2009-cu ildən aktiv terror hərəkətlərinə başlayıb.