30 Noyabr 2020 12:38
5 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu

***

10:57

Fransanın İsraildəki səfiri Cerard Araud və fransız politoloq Didye Billon Senatın Dağlıq Qarabağla bağlı qərarını müdafiə edən senator Valeri Boyerə təpki göstərib.

Teleqraf.com xəbər verir ki, Boyerə cavab verən səfir Senatın bu qərarı ilə Fransanın münaqişədə tərəf tutduğunu və vasitəçi rolunu itirdiyini deyib.

“Bu, milli maraqların əksinə olan qərardır”, - Araud bildirib.

Bu addımı üçün Arauda təşəkkür edən politoloq Billon söyləyib:

“Fransa Senatının Dağlıq Qarabağ haqda səsverməsi böyük siyasi xəta, beynəlxalq hüquqdan xəbərsizlik, həqiqətlərin təhrif edilməsi və təəssüf ki, zəifliyin etirafıdır”.

Əlavə edək ki, fransalı senator Boyer verdiyi açıqlamada Senatın Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqdan, Türkiyə və Azərbaycana qarşı sanksiya tələb etmçəkdən qürur duyduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər