1 Dekabr 2020 01:16
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması bütün ölkə üzrə kütləvi xarakter alıb. Hökumət noyabrın 30-da bütün sahələrdə məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 30-da 176 min 656 nəfər testdən keçirilib. Onlardan 31 min 219 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 514 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 188 nəfər ölüb, 4 min 485 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 500 min 865 nəfərdə virus aşkarlanıb, 13 min 746 nəfər ölüb. Hazırda gündəlik yoluxma və ölüm halında sürətli artım müşahidə olunur.

Qeyd edək ki, yeni məhdudiyyət qərarına əsasən Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər