“Ukrayna “Bayraktar” PUA-larını satın almaqda maraqlıdır. Üstəlik, bununla bağlı layihələr həyata keçirmək istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyəyə səfər edən Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib.
Kuleba Türkiyə və Ukrayna münasibətlərinin dinamikasından məmnun olduğunu söyləyib.
Nazir iki ölkə arasındakı müdafiə sənayesi sahəsindəki anlaşmalara diqqət çəkib:
“Ukrayna, xüsusilə “Bayraktar” PUA-larının alınmasında maraqlıdır. Üstəlik, bu mövzuda ortaq layihələr həyata keçirmək istəyir. Bizə və türk dostlarımıza görə, Ukrayna mühərriki Türkiyənin müdafiə sənayesi üçün əlverişli bir seçimdir. Ortaq layihələri həyata keçirmək üçün iki ölkənin müdafiə sənayesi nümayəndələri arasında dialoq davam edir. Qara dəniz bölgəsi daha təhlükəsiz olacaq”.
Kuleba Türkiyənin Krım Beynəlxalq Platformasındakı rolunun nə olacağı sualına da cavab verib:
“Krım Platformasının qurulmasında məqsəd yarımadanın işğalıyla əlaqədardır. Türkiyə ilə Krım arasında tarixi əlaqələr və iki ölkə arasındakı münasibətlərin səviyyəsini nəzərə alaraq, bu müddətdə Türkiyənin əsaslı rol oynayacağına inanıram. Türkiyə bu posesdə irəliləyəcək əsas liderlərdən biridir”.