Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya sui-qəsd iddialarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Belə sui-qəsd təşəbbüsü və yaxalanan kimlərinsə olmasından söhbət getmir. Belə təhdidlər hər zaman var, amma bunların cəmiyyət və mətbuatda paylaşılmamasını istərdik. Terror təşkilatlarının bir hədəfi də özlərindən danışılmasını təmin etməkdir”, - deyə S.Soylu bildirib.