Qondarma “Donetsk Xalq Respublikası”nın iki könüllüsü Ukrayna tərəfindən minaatanlardan açılan atəş nəticəsində həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə qondarma rejimin xalq milisindən məlumat verilib.
“Atəşkəsin pozulması nəticəsində iki müdafiəçimiz yaralanıb. Vəziyyəti müşahidə edənlərimizə atəş açan Ukrayna silahlılarının əsas məqsədi respublikanın müdafiəçilərini öldürmək idi”, – deyə Donetsk tərəfi məlumat yayıb.
Daha əvvəl qondarma rejim bu gün səhər Ukrayna təhlükəsizlik qüvvələrinin Donetskin cənubuna 120 millimetr kalibrli 12 mina atəşi açdıqlarını açıqlayıb.