Video əlavə olunub.
***
09:23
“Yunanıstan Türkiyə ilə ikitərəfli məsələləri başqalarının köməyinə ümid edərək yox, Türkiyə ilə bir masa arxasında əyləşərək, əməkdaşlıq və dialoq yolu ilə həll edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.
Aksoy yunan mediasında Türkiyənin Avropa İttifaqı Zirvəsindən əvvəl Türkiyənin Egey və Aralıq dənizlərində hərbi fəaliyyətlərini artırdığına dair yayılan iddialara cavab verib.
Məsələ ilə əlaqədar yayılan məlumatların həqiqəti əks etdirmədiyini söyləyən Aksoy bildirib:
“Əksinə, Yunanıstan oktyabrın 20-də Egey və Aralıq dənizinin şərqində 24 hərbi fəaliyyət proqramını açıqlayaraq, bölgədəki təxribat və gərginliyi artıran fəaliyyətlərini davam etdirir. Yunanıstan hərbi məsələlərdə dialoq kanallarını qapalı saxlayır, NATO baş katibinin təşəbbüslərinin qarşısını alır. Təsadüfi deyil ki, Yunanıstan oktyabrın 9-da NATO-nun hərbi qurumlarının təşkil etdiyi iclaslara qatılmadı. Yunanıstan Türkiyə ilə ikitərəfli məsələləri başqalarının köməyinə ümid edərək yox, Türkiyə ilə masa arxasında oturaraq əməkdaşlıq və dialoq yolu ilə həll edə bilər”.