Türkiyə İraqın silahlı kürdlərinin Kobaniyə keçməsinə kömək göstərib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, kürd qüvvələri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə Türkiyə sərhədlərindən keçərək mübarizə apara biləcəklər. Çavuşoğlu bununla da Türkiyə Kobani siyasəti ilə bağlı ən mühüm addım atıb. O məsələnin detalları ilə bağlı əlavə məlumat verməyib.
Çavuşoğlu ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin apardığı hava hücumlarına da münasibət bildirib. O qeyd edib ki, bu günə qədər aparılan aviazərbələr nəticəsində İŞİD-ə məxsus çoxlu sayda zirehli texnika və baza məhv edilibç yüzlərlə döyüşçüsü zərərsizləşdirilib: “Ancaq bu İŞİD-in Kobanidəki gücünü azaltmağa kifayət etməyib. Təşkilat hələ də təhdidini davam etdirir”.
Samir