8 Dekabr 2020 09:50
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Noyabrın 3-də keçirilən seçkilərdə mən qalib gəlmişəm, bunu hamı bilir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu seçkilər saxtalaşdırıldı. Bir çox ştata baxanda seçkilərin tamamilə saxtalaşdırıldığını görə bilərsən. Bu, ölkəmiz üçün ayıbdır, biz üçüncü dünya ölkəsi kimiyik”, - ABŞ lideri qeyd edib.

COVID-19-a yoluxan vəkili Rudi Culianinin səhhəti barədə soruşduqda, Tramp onunla bu səhər telefonla danışdığını bildirib:

“Culiani Nyu-York tarixinin ən yaxşı bələdiyyə sədri idi. Hazırda yaxşı işləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər