8 Dekabr 2020 10:40
3 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Misrata şəhərinə dərman aparmaq məqsədilə yola çıxan Türk gəmisi qiyamçı Xəlifə Haftar tərəfindən müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, “Mebruka” adlı gəminin 17 nəfərlik heyəti arasında 9 türk, 7 hind və 1 azərbaycanlı var.

Gəminin qiyamçı Haftara bağlı qüvvələr tərəfindən Ras el-Hilal limanına aparıldığı açıqlanıb. Haftar qüvvələri iddia edirlər ki, gəmi “qadağan olunan əraziyə daxil olub və çağırışlara cavab verməyib”.


Müəllif: Cavad

Oxşar xəbərlər