Rusiya Ermənistandan idxal olunan pomidor və bibər məhsullarına qadağa qoyur.
Teleqraf.com xəbər verir ki, Ermənistandan Rusiyaya idxal olunan bu məhsullarda Pepino mozaika (PEPMVO) virusu tapılıb.
Bu səbəbdən də dekabrın 14-dən sonra Ermənistanın Armavir bölgəsindən Rusiyaya idxal olunan bu məhsullara qadağa tətbiq ediləcək.
Rusiya tərəfi bu qərarı popino mozaika virusunun federasiya ərazisində yayılmasının qarşısını almaq üçün atacağını bildirib.