10 Dekabr 2020 10:58
6 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” qəzeti Nümayəndələr Palatasının Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyəyə qarşı qəbul etdiyi sanksiya qərarı ilə bağlı məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, məqalədə ABŞ rəsmilərinin türk həmkarlarına Donald Tramp administrasiyasının Konqresin sanksiyalarına qarşı etiraz etməyəcəyi barədə məlumat verdiklərini iddia edib.

Bu sanksiyaların Misir, Hindistan və Səudiyyə Ərəbistanına Rusiya sistemlərini almamaları üçün bir xəbərdarlıq olduğunu da bildiriblər.

Rəsmilər Baydenin Türkiyəni yenidən "Qərb bloku”na qaytarmaq üçün Rusiyanın bundan sonrakı addımların qarşısını almaq üçün hərəkətə keçəcəyini söyləyiblər.

Məqalədə adı çəkilməyən bir türk rəsmisinin açıqlamasına da diqqət çəkilib: “Türkiyə özünü təcrid olunmuş hiss edir”.

Türk rəsmisinə görə, ABŞ-ın Girit adasına hərbi gəmi göndərməsinin artıq Türkiyənin əsas regional müttəfiq olmadığının göstəricisidir. Baydenin “S-400” məsələsinə yanaşmasının ilk sınaq olacağını bildirib:

“Baydenin müşavirləri Ankara ilə ənənəvi və texniki diplomatik kanallar vasitəsilə əlaqə quracaqqlarını, Tramp kimi Ərdoğanla birbaşa görüşməyəcəklərini söyləyiblər. Bu, bizim üçün yaxşı bir gəlişmədir. Baydenin müşavirləri aşağı səviyyəli danışıqlarda güzəştlərə hazır olduqlarını deyiblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər