11 Dekabr 2020 02:00
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin 10-11 dekabr tarixində keçiriləcək zirvəsində əsas müzakirə mövzusu Türkiyəyə sanksiyalar olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Agentlik liderlər tərəfindən qəbul edilən sanksiya qərarının mətnini əldə etdiyini yazıb. Mətnə görə, Aralıq dənizinin şərqindəki qazma işləri səbəbindən bəzi şəxslərə qarşı simvolik sanksiyalar tətbiq olunub.

Məlumatda qeyd edilib ki, daha ağır sanksiyalar üçün 2021-ci ilin mart ayını gözləməyə qərar verilib və sanksiyaların genişləndirilməsi mövzusunda ABŞ-ın yeni Prezidenti Co Baydenlə koordinasiyalı işin hədəfləndiyi qeyd olunub.

“Röyter”ə danışan bir AB diplomatı sanksiyaların simvolik olmasının səbəblərini belə izah edib:

“Avropa Birliyi NATO müttəfiqi və AB namizədi olan, eyni zamanda iqtisadiyyatı və milli valyutası zəifləyən Türkiyəni sərt cəzalandırılmaqdan qorxur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər