Vaşinqtonla Moskva arasında yaranan soyuq münasibətlər hələ bir müddət davam edəcək. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Lavrov bildirib ki, ABŞ Ukraynadakı vəziyyətdən istifadə edib Rusiyanı “yerində oturtmağa çalışır”.
O, qeyd edib ki, ABŞ Rusiyanı Avropadan ayırmağa səy göstərir: “Bu da Avropa Birliyi ölkələrinə öz mənfi təsirini göstərir.ABŞ başa düşməlidir ki, dünyada çoxsaylı mərkəzlərə doğru təmayülün güclənməsinə alternativ yoxdur”.
Lavrovun sözlərinə görə, bu təmayülü G20, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS-in timsalında görmək mümkündür.Onun fikirincə, Moldova öz suverenliyini itirərsə və ya öz hərbi-siyasi stausunu dəyişərsə, Dnestryanı regionunun öz müstəqilliyini elan etməyə tam haqqı çatır.
Nail Cəlil