ABŞ Dövlət katibi Mayk Pompeo telefonda Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Kal Braun açıqlama verib.
Pompeo görüşdə sanksiyaların əsas hədəfinin Rusiya olduğunu, ABŞ-ın Türkiyə kimi müttəfiqinin müdafiə sənayesinə və ya savaş hazırlığı nizamına zərər vermək niyyəti güdmədiyini iddia edib.
Pompeo Çavuşoğluna bildirib ki, Türkiyənin “S-400” alması Amerikanın hərbi qüvvələri və hərbi texnikologiyasının təhlüksəzliyini təhdid edir, Rusiya üçün Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesini əlçatan edir.
Pompeo onu da qeyd edib ki, sanksiyaların hədəfi Rusiyanın gəlir əldə etməsi və təsir dairəsini genişləndirməsinin qarşısını almaqdır.
“Türkiyəni “S-400” məsələsini uzun illərə söykənən əməkdaşlıq çərçivəsində həll etməyə, NATO prinsiplərinə uyğun şəkildə silah tədarükünə dair üzərində götürdüyü NATO öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - dövlət katibi deyib.