18 Dekabr 2020 21:15
12 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Hulusi Akar Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin istifadə səlahiyyətinin kim tərəfində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyədə sistemli idarə edə biləcək mütəxəssislərin olduğunu bildirib.

“Təlim-tədris prosesində mütəxəssizlərimiz iştirak etdilər. Təlimlər istifadə etməyi öyrənmək səviyyəsində aparıldı. Özümüz istifadə edəcəyik. İstifadə etmək hüququ, istifadə məlumatı bizim personalımızda olacaq, idarəetmə bizim nəzarətimizdə olacaq”, - Akar qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər