19 Dekabr 2020 11:45
4 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk hərbi qüvvələri sadəcə Ağdamdakı monitorinq mərkəzində yox, Şuşa, Kəlbəcər və Laçında da olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu “Ankara-Baku” portalına açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Əgər Rusiya sülhməramlıları bölgədədirsə, türk hərbi qüvvələri də burada olmalıdır. Rusiyanın nə istədiyi ilə maraqlanmamlıyıq. Əlbəttə, Rusiya və Ermənistan Türkiyə sülhməramlılarının bölgədə olmasını istəməyəcəklər. Amma bura bizim torpaqlarımızdır və bölgədə türk sülhməramlılarını görmək istəyirik”, - ekspert qeyd edib.

Elxan Şahinoğlu hesab edir ki, türk hərbi qüvvələri sadəcə Ağdamda yox, Şuşa, Kəlbəcər və Laçında da olmalıdır:

“Ruslara öz yerlərini göstərmək üçün birgə patrul xidməti həyata keçirilməlidir. Əks halda, təxribatlar davam edəcək. O zaman rus sülhməramlıları erməniləri silahlandıra bilməyəcək, hər gün bir “xəritə” yayımlaya bilməyəcəklər. Bunların qarşısını almaq üçün bir yol var – Türkiyənin bölgədəki hərbi mövcudluğunu nəzərə almalıdır.

Hulusi Akarın açıqlaması da savaşın bitdiyini, amma ermənilərin hələ də dağlarda və meşələrdə gizlənərək bizə qarşı “partizan” savaşı apardığını göstərir. Necə gizləndikləri, necə ərzaq tapdıqları, necə silahlandıqları – bunların hamısı ciddi suallar yaradır.

Hulusi Akar tamamilə haqlıdır, türk sülhməramlı qüvvələrini bölgədə yerləşməklə bu məsələni həll etməyin vaxtı çatıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər