Minlərlə immiqrant Fransada yaşamağa icazə tələbi ilə etiraz aksiyaları keçirir.
Teleqraf.com xəbər verir ki, BMT tərəfindən elan edilmiş 18 Dekabr Beynəlxalq Miqrantlar Günü münasibətilə bir çox dərnək və birliklərin çağırışı ilə mühacirlər sosial şəraitlərini yaxşılaşdırmaq üçün 60-dan çox şəhərdə hərəkətə keçiblər.
Etirazçılar Parisin mərkəzi meydanına toplaşaraq, Paris bələdiyyəsinə yürüş ediblər. Təhlükəsizlik tədbirlərini gücləndirən polis izdihamın bələdiyyəyə yaxınlaşmasına icazə verməyib.
Yaşayış icazəsi və mənzil imkanı tələb edən nümayişçilər hökumət əleyhinə pankartlar qaldırıblar.
Aksiyalar Marsel, Lyon, Lill, Strasburq, Renn, Nants və Bordo kimi şəhərlərdə də keçirilir.
Nümayişlərin təşkilatçıları Prezident Emmanuel Makronun mühacirlərə qarşı tədbir görməməsinə reaksiya göstəriblər.