21 Oktyabr 2014 12:23
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Əfqanıstana səfəri zamanı paytaxt Kabildə ziyarət etdiyi qərargahın qarşısında partlayış olub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, polis avtobusuna edilən hücum zamanı 3 polis ölüb, 6-sı dinc sakin olmaqla 12 nəfər isə ağır xəsarət alıb.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Zahir Əzminin verdiyi məlumata görə, Ərdoğanın qərargahı ziyarətindən bir neçə saat sonra baş verən partlayışı "Taliban" terror təşkilatı üzərinə götürüb.

Əzmi partlayışın yaxınlıqdakı obyektlərə də ciddi ziyan vurduğunu bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər