20 Dekabr 2020 21:47
3 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

DHKP-C terror təşkilatının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı çirkin planının qarşısı polis tərəfindən alınıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, təşkilat üzvü M.K. Prezident Ərdoğanın Üsküdar Kısıklıdakı (İstanbul) iqamətgahı və ətrafının gizli şəkildə fotolarını çəkərkən tutulub.

Eyni zamanda, aclıq aksiyasında ölən Ebru Timtiki “dəstəkləmək” bəhanəsi ilə Ərdoğanın iqamətgahı qarşısında toplaşmağa çağırış edən Kocaəli və İstanbuldan təşkilat üzvlərini daşıyan bir avtobus Kısıklıya çatmadan dayandırılıb. 21 şübhəli saxlanılıb.

Araşdırmalar zamanı Ərdoğanın evinin ətrafında dolaşan və gizli şəkildə şəkil çəkən M.K.-nin DHKP-C üzvü olduğu ortaya çıxıb. M.K. ifadəsində təşkilatla əlaqəsinin olmadığını deyib. Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Lakin M.K.-nın təşkilatın sosial şəbəkə səhifəsini idarə etdiyi və oradan dövlət əleyhinə çağırışlar etdiyo bəlli olub. Şübhəlinin Ərdoğanın Üsküdar Kısıklıdakı iqamətgahının qarşısına gəldiyi, fotoşəkil çəkdiyi, avtobusla gələn və tutulan digər təşkilat üzvlərini gözlədiyi və bir plana hazırlaşdığı vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər