Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti iki illiyinə uzadılır.
Teleqraf.com xəbər verir ki, bu barədə missiyanın rəsmi veb-səhifəsində dərc olunub.
Bəyanatda qeyd olnur ki, 3 dekabrda Avropa İttifaqı Şurası qərar qəbul edib. Qərara əsasən Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti 2022-ci il 14 dekabra qədər uzadılır.
Qeyd olunan müddət üçün Avropa İttifaqı büdcəsində missiya üçün 44,8 milyon avro nəzərdə tutulub.
Xatırladaq ki, Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyası (EUMM) mülki missiyadır və 2008-ci ilin dekabrında Rusiya-Gürcüstan arasında avqust müharibəsindən sonra Avropa İttifaqının vasitəçiliyi ilə nail olunan altı müddəalı razılaşmadan sonra yerləşdirilib. Missiyanın məqsədi münaqişə tərəfləri arasında əlaqələrin sabitləşdirilməsinə, normallaşdırılmasına və etimadın möhkəmləndirilməsinə imkanlar yaratmaqdır.