“Koronavirusun müalicəsi üçün hazırlanan peyvəndlər geosiyasi müstəvidə güc rəqabətinə çevrilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.
Nəşr Çinin peyvənddən istifadə edərək, siyasi nüfuz və iqtisadi maraqlarını gücləndirdiyini bildirib:
“Çin öz peyvəndini inkişaf etməkdə olan ölkələrə sataraq, səhiyyəsinin tərəqqisinə nail olur və səhiyyə diplomatiyasını gücləndirir. Çin siyasi nüfuzunu və iqtisadi prioritetlərini genişləndirməyə maraq göstərir”.
Qəzet ABŞ-ın strateji olaraq özünə qapanmasını və çoxqütblü sistemi sürətləndirdiyinə də diqqət çəkib: “Koronavirus dünyada çoxqütblü sisteminin yaranmasını sürətləndirir. Bu, ABŞ-ın strateji olaraq özünə qapanmasına da sürət verib”.
“Le Monde” koronavirus peyvəndlərinin böyük güclərin bir-birinə qarşı istifadə etdiyi geosiyasi silah olduğunu bildirib.