21 Dekabr 2020 11:40
6 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn 2017-ci il iyun ayından bəri diplomatik münasibətləri dayandıqdıqları Qətərlə yenidən müzakirələrə başlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın seçkilərdə məğlubiyyətindən sonra start götürən bu müzakirələr Körfəzdə yeni dönəmin başlanğıcı hesab olunur.

Məlumata görə, bundan əvvəl Qətəri işğal etməklə hədələyən bəzi Körfəz dövlətləri rəsmi Doha qarşısında Türkiyə hərbi bazasını bağlamağı şərt kimi irəli sürüblər.

Ölkə mediasında yer alan məlumata görə, Qətər Əmiri Şeyx Təmim bu tələbi rədd edərək, türk hərbi bazasının Doha üçün “qırmızı xətt” olduğunu deyib.

Məlumata görə, Qətər hökuməti qonşu ölkələrlə anlaşma imzalamaq üçün Türkiyə hərbi bazasının bağlanılmasını müzakirə etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər