Video əlavə olunub.
***
09:58
Əlcəzair prezidentinin müşaviri Əbdülməcid Şeyx Fransadan müstəmləkə dövrünə aid sənədlərin qaytarılmasını tələb etdiklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Şeyx Fransanın Ələcəzairdəki müstəmləkə keçmişini unutmayacaqlarını və bu dosyeni bağlamayacaqlarını söyləyib.
O, müstəmləkə dövründə oğurlanaraq Fransaya aparılan sənədləri geri almaq istədiklərini deyib.
Ötən həftə Fransadan verilən rəsmi açıqlamada Prezident Emmanuel Makronun əlcəzairli həmkarı Əbdülməci Təbbuna müstəmləkə sənədləri ilə bağlı hesabatın 2021-ci ilin yanvarında hazır olacağını bildirib.
Məlumata görə, iki ölkə arasında konsensus əldə edilməsi tapşırılan tarixçi Binyamin Storan müstəmləkə dövrünə dair sənədlərlə bağlı Makrona hesabat təqdim edib.
Əlcəzair və Fransa təxminən dörd ildir ki, müstəmləkə dövrü ilə bağlı dörd fərqli istiqamətdə danışıqlar aparır. Bura Əlcəzairin Fransadakı arxivlərinin təhvil verilməsi, müstəqillik müharibəsi zamanı öldürülən Əlcəzair liderlərinin sümüklərinin qaytarılması, Saxara səhrasında nüvə sınaqları zamanı həlak olan əlcəzairli qurbanlarının təzminatı və 1954-1962-ci illərdə müstəqillik müharibəsində itkin düşən 2200 əlcəzairlinin durumu ilə bağlı məlumatlar daxildir.
Bir qayda olaraq, Əlcəzairin tarixi arxivlərini təhvil verməkdən imtina edən Fransa iyul ayında 24 əlcəzairli hərbçinin kəlləsini Ələcəzair rəhbərliyinə təhvil vermişdi.
Prezident Təbbun iyulun 19-da müşaviri Əbdülməcid Şeyxə milli tarixi arxivləri yenidən qurmaq səlahiyyəti verib.