Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın rus şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Lavrov bu haqda qətərli həmkarı Məhəmməd Bin Əbdürrəhman əl-Sani ilə Moskvadakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir ABŞ-ın bəzi Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiya tətbiq etmə qərarına etiraz edib:
“ABŞ uzun müddətdir ölkəmizə qarşı düşmənçilik siyasətini davam etdirir. Buna cavab veriləcək”.
O, ABŞ-ın sanksiyalarının beynəlxalq hüquq normalarını pozduğunu iddia edib: “Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir”.