Yaponiya hökuməti dekabrın 22-də Rusiya və Çin tərəfindən birgə hava patrulunun həyata keçirilməsi ilə bağlı narahatlığını ifadə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato dekabrın 23-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib.
“Dekabrın 22-də Çinin dörd və Rusiyanın iki bombardmançı təyyarəsi Yapon və Şərqi Çin dənizləri üzərində uçuş həyata keçirib. Bununla əlaqədar olaraq, Yaponiya özünümadfiə qüvvələrinin qırıcı təyyarələri havaya qalxıb. Bu zaman biz nə Rusiya, nə də Çin tərəfindən heç bir xəbərdarlıq almamışıq. Baş verən hadisə ilə əlaqədar bizim ölkəmiz diplomatik kanallar vasitəsilə Rusiya və Çin tərəflərinə narahatlığını çatdırıb”, - deyə baş katib qeyd edib.