İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın hava sahəsindən Suriyadakı hədəflərə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyindən Rusiyanın “Novosti” agentliyinə məlumat verilib.
Məlumatda qeyd edilib ki, İsrail təyyarələri gecə saatlarında Livanın hava sahəsindəni Həma əyalətinin qərbindəki Misiaf istiqamətində raket atıb.
Suriya hava hücumundan müdafiə sistemlərinin İsrailin zərbələrinin əksəriyyətini dəf etdiyi bildirilib.