26 Dekabr 2020 20:04
5 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) deputatları arasında gərginlik yaşanıb.

Teleqraf.com xəbər verir ki, qarşıdurma “Kütləvi qırğın silahlarının maliyyələşdirilməsinin qarşısının alınması” ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı baş verib. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib.

İclasa sədrlik edən Sürəyya Sadi Bilgiç iclası yarımçıq saxlamalı olub. Deputatlar qarşıdurmada koronavirusla mübarizə tədbirlərini unudaraq maska taxılması, məsafə saxlanılması tələblərinə də əməl etməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər