28 Dekabr 2020 11:50
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda İon dənizinin ərazi sularının 6 mildən 12 milə qədər artırılmasına dair sərəncam qüvvəyə minib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, sərəncama əsasən, İon dənizinin İon adalarından Tenaro burnuna qədər dəniz hövzəsindəki körfəzlərin bağlanması və düz konturların çəkilməsi qərara alınıb.

Açıqlamada sərəncamın Beynəlxalq Dəniz Hüququ Konvensiyasının icrası çərçivəsində qüvvəyə mindiyi vurğulanıb.

Nazirliyin açıqlamasında sərəncamda Yunanıstanın ölkənin digər bölgələrində oxşar hüquqlarından istifadə etmək haqqını özündə saxladığı bildirilib.

Yunanıstan hökumətinin son aylarda İon dənizi ilə bağlı atdığı addımlara sərt reaksiya göstərən Türkiyənin vitse-prezidenti Fuat Oqtay bunu qəbul etməyəcəklərini demişdi:

“Bunu qəbul etməyimizi gözləyirsiniz? Bu, müharibə üçün bir səbəb olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər