Məşhur amerikalı vəkil Con Liquori evində COVİD-19 müalicəsi alan xanımı Sindi Liquorini öldürdükdən sonra intihar edib.
Teleqraf.com xəbər verir ki, vəkil əvvəlcə xanımının ürəyinə atəş açıb. Daha sonra onun yanında çarpayıya uzanaraq həmin silahla özünü vurub.
Bildirək ki, Vəkilin xanımının anası da koronadan vəfat edib. Sindi Liquori anasının itinə baxmaq üçün onun evində qalırmış.
Sindi Liquori qardaşı Lampson Palmeriyə zəng edərək iti götürməsini istəyib. Qardaşı evə gələrkən cütlüyün çarpayıda cansız bədənləri ilə qarşılaşıb.