Meksikanın Qerrero ştatında məllimlər partiya binasına hücum ediblər.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, onlar ölkənin aparıcı siyasi təşkilatı - Demokratik İnqilab Partiyasının Çilpansinqo şəhərindəki qərargahını tamamilə yandırıblar.
Qeyd edək ki, ictimaiyyətin istefasını tələb etdiyi Qerrero qubernatoru Anxel Airre məhz Demokratik İnqilab Partiyasındandır. İquala şəhərində baş verənlərə görə onun istefası tələb edilir. Buna səbəb sentyabrın axırlarında merin əmri ilə polislərin bu şəhərdə nümayiş keçirən tələbələrə hücum etməsidir. Bu hücum nəticəsində 6 tələbə öldürülüb, 43 nəfər itkin düşüb.
Nihad