Yunan mediası Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə çox sayda “F-15” qırıcısının Krit adasındakı Suda hərbi bazasına enəcəyini yazıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu addımın Türkiyəyə gözdağı vermək üçün atılacağı bildirilib.
Ötən il Aralıq dənizinin şərqində küncə sıxılan Yunanıstan və Cənubi Kipr müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı həmlələrini davam etdirir. Bu məqsədlə Yunanıstana dəstək olmaq üçün Sudaya əvvəlcə Fransanın “Rafale” tipli döyüş qırıcıları enib. Bundan sonra Liviya və Suriyada Türkiyəyə rəqib olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adaya doqquz savaş təyyarəsi göndərib. BƏƏ-yə məxsus “F-16”lar Yunanıstan hərbi hava qüvvələri ilə birlikdə təlimlərdə iştirak edib.
Aralıq dənizinin şərqində açıq şəkildə Yunanıstana dəstək verən ABŞ isə Dövlət katibi Mayk Pompeonun Suda bazasına səfəri və Girit adasında bir döyüş gəmisinin dislokasiya edilməsi ilə bəlli edib.
Türkiyə ilə silahlanma yarışına girən Yunanıstan hökuməti 2020-ci il bitmədən Fransa ilə 18 “Rafale” qırıcısının satın alınması üçün müqavilə imzalayıb, ABŞ-dan “F-35” döyüş təyyarələri istəyib. Eyni zamanda, İsraildən pilotsuz uçan aparatlar (PUA) almağa hazırlaşır.
Fransadan ilk qırıcıların bu ay təhvil alınacağının gözləndiyi vaxt, Aralıq dənizinin şərqində Türkiyəyə qarşı yeni bir cəbhənin açılması xəbəri də yayılıb. Yunan mediası Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı Krit adasına “F-15” qırıcıları göndərməyə hazırlaşması barədə məlumat yayıb
“Newpost” qəzetinin yazdığına görə Səudiyyə şahzadə Salmanın əmri ilə Kritə enəcək “F-15”lər Yunanıstanın döyüş təyyarələri ilə hərbi təlimlərdə iştirak edəcək.
Səudiyyə Ərəbistanının göndərəcəyi qırıcıların yunan pilotlar tərəfindən idarə olunacağı bildirilib.