5 Yanvar 2021 20:38
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası bəşəriyyətin təbiətə münasibətinə görə göndərilən bir cəzadır.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdəki “Horizont” müəssisəsinin işçi kollektivi ilə söhbət zamanı söyləyib.

“Mən yeni il müraciətimdə elektrikli avtomobillərdən bəhs etdim, amma əsas mesaj görünür ki, Allahın bizi koronavirusla cəzalandırmasıdır”, – deyə “BelTA” agentliyi dövlət başçısının sözlərindən sitat gətirir.

Onun fikrincə, bir insanın təbiətlə harmoniyası yoxdursa, o, qeyri-sağlam olacaq.

“Və bizim uşaqlarımız kasıb olacaq”, – deyə o əlavə edib.

Bundan əvvəl Lukaşenko pandemiyanın artıq tibbi deyil, geopolitik problemə çevrildiyini söyləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər