Dağlıq Qarabağ zonasında atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində qeyd edilib.
Əlavə olunur ki, rus sülhməramlıları gün ərzində Ermənistan ərazisindən Dağlıq Qarabağa 188 qaçqının təhlükəsiz qayıtmasını təmin edib.
Ümumilikdə, 14 Noyabr 2020-ci ildən bu yana 47 475 nəfər Dağlıq Qarabağdakı keçmiş yaşayış yerlərinə qayıdıb.
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 23 noyabr tarixindən etibarən Dağlıq Qarabağda minalardan təmizlənmə zamanı 426 9 hektar ərazini, 160,8 km yolu, 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlayıcı maddələrdən təmizləyib.
Həmçinin hərbi əməliyyatlar zamanı həlak olanların cəsədlərinin axtarışı və köçürülməsi prosesi davam edir.
Dağlıq Qarabağdakı itkin düşmüş insanlar haqqında məlumat toplamaq üçün yaradılan “qaynar xətt”ə 563 müraciət daxil olub. Bütün müraciətlər Barışıq Mərkəzinin axtarış qruplarına göndərilib.