22 Oktyabr 2014 23:47
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Maliyyə naziri Anton Siluanov “Rosneft”in hökumətdən 49 milyard dollar yardım istədiyini açıqlayıb.

Teleqraf.com-un məluatın görə, nazir Ukrayna böhranına görə Qərblə bütün əlaqələri kəsilən neft nəhənginin çökmək üzrə olduğunu deyərək şirkətin çətin dövrünü yaşadığını vurğulayıb:

“Şirkət sanksiyalar ucbatından bu vaxta kimi 55 milyard dollar itirib. Yeni sahələrdə investisiya və istehsal üçün lazım olan texnologiya transferi mövzusunda çətinliklər yaşayır”.

Xatırladaq ki, Rusiya Baş naziri Dmitri Medvedyev “Rosneft”in bu günə qədər büdcəyə əhəmiyyətli yardım etdiyini deyərək, lazımı yardımın edilməsinə yaşıl işıq yandırmışdı.

Bu arada şirkət rəhbərliyi maliyyə çətinliyinin qismən aradan qaldırılması məqsədi ilə ixtisara başlayacağını açıqlayıb. Şirkətin prezidenti İqor Seçinin sözlərinə görə, ixtisarlar 1000 işçini əhatə edəcək.


Müəllif:

Oxşar xəbərlər