23 Oktyabr 2014 08:18
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koalisiya qüvvələrinin Kobanidə həyata keçirdiyi bombardıman zamanı İŞİD-in Qafqaz üzrə komandiri əslən azərbaycanlı Rövşən Bədəlov 25 adamı ilə birlikdə öldürülüb. Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov Azərbaycanın Tərtər rayonundandır.
Dindar həyatından əvvəl siyasətlə də məşğul olduğu bildirilən Bədəlovun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu qeyd edilir.
2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrup yaradan Bədəlov bu qrupa liderlik edib.
Məlumata görə, 2001 – 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub.
2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD sıralarına keçib.
Bildirilir ki, gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan Rövşən Bədəlov az vaxt ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib.

Müəllif:

Oxşar xəbərlər