Yunanıstan Türkiyə qarşısında gah geri çəkilir, gah da özünü təsdiq etməyə çalışır.
Teleqraf.com-un məlumatına görə, Yunanıstan Silahlı Qüvvələri Baş Qərargahının yaydığı yeni fotolardan bəlli olub ki, ABŞ Xüsusi Qüvvələri və helikopterləri yunan əsgərlərlə birlikdə adaya eniş edir.
Türkiyəyə qarşı bir tərəfdən Fransadan “Rafale” qırıcıları alan Yunanıstan, digər yandan ABŞ-la birlikdə təhlükəli təxribatlara cəhd edir.
Yunanıstan Baş Qərargahnın Şərqi Aralıq dənizində helikopterlərin canlı raketlərdən atəş açdıqlarını yayımlayıb. Baş Qərargah rəisi Konstantinos Flosun Tvitter hesabından yayımladığı foto və görüntü diqqəti bir neçə fərqli nöqtəyə çəkib. Əvvəlcə ötən ilin yazından bu yana Yunanıstanın müttəfiqləri ilə Krit adasında hərbi təliminə dair bir neçə foto paylaşılıb.
Suda adasındakı hərbi bazada çəkilən fotolarda isə Yunanıstan, ABŞ və Cənubi Kiprə aid xüsusi qüvvələrin bayraqları ilə poza verdiyi görünür.