16 Yanvar 2021 23:38
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada baş verən etiraz aksiyalarında 75 nəfər saxlanılıb, 12 polis xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

"Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin bir sıra maddələrinə qarşı bu ilki ilk etiraz aksiyaları bu gün Fransanın bir sıra şəhərlərində keçirildi. Nümayiş Parisdə də baş tutdu.

Ölkə də üzrə 34 min insan küçələrə çıxıb, təşkilatçılar 200 min nəfərin olduğunu deyirlər.

Fransanın Daxili İşlər naziri bildirib ki, etiraz aksiyasında 24 nəfər Parisdə olmaqla ümumilikdə 75 nəfər həbs olundu. 12 yaralı polis və jandarmeriya əməkdaşlarına tam dəstək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər