17 Yanvar 2021 20:55
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yanvarın 14-dən başladılan əhalinin peyvəndlənməsi prosesi davam edir. Bir neçə gün aparılan vaksinasiya ilə Türkiyə bir çox dövləti geridə qoyaraq ən çox peyvənd tətbiq edən ilk on ölkədən biri olub.

Teleqraf.com xəbər verir ki, ölkədə tətbiq olunan həftəsonu qadağalarına baxmayaraq, peyvəndləmə prosesi tam qaydasına uyğun olaraq aparılır. Vaksinasiyanın birinci mərhələsinin ilk etapının, yəni səhiyyə işçilərinin peyvəndlənməsinin yanvarın 24-də başa çatması planlaşdırılır.

Artıq bildirdiyimiz kimi, Türkiyədə əhalinin vaksinasiyası müəyyən plana uyğun aparılır. Əhali arasında yaşı 18-dən aşağı, hamilə və vaksinin tərkibindəki preparatlara qarşı allergiyası olanların peyvəndlənməsi ətrafında müzakirələr aparılır. Hazırda bu qruplara daxil olanlara peyvənd vurulmur. Bundan əlavə, kəskin respirator virus xəstəliyi və ya ağciyər iltihabı ilə üzləşənlərin də xəstəlik sağaldıqdan ən az iki həftə sonra müəyyən müayinələrdən keçərək peyvəndlənməsinə icazə veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər