17 Yanvar 2021 21:54
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Associated Press” agentliyi ABŞ-ın hazırkı prezidenti Donald Tramp prezidentliyi dövründə cırdığı sənədlərdən bir neçəsini "ələ keçirib".

Teleqraf.com xəbər verir ki, Trampın "sənədləri cırmaq vərdişi" ona baha başa gəlib.

Ağ Evin dəftərxana işçiləri Trampa aid sənədləri saatlarla bir-birinə yapışdırmaq məcburiyyətində qalıblar.

Ağ Evin arxiv analitiki Solomon Lartie agentliyə bildirib ki, Trampı sənədləri cırmaq vərdişindən əl çəkdirmək mümkün olmayıb.

Agentlik Trampın 2017-ci ildə Hamburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə iştirak edən bir tərcüməçinin qeydlərini "ələ keçirdiyini" yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər