Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 164 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 24 161 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 5 862 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 392 963 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 7 905 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 270 769 nəfər təşkil edir.