21 Yanvar 2021 10:47
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan gələn həftə keçiriləcək 61-ci araşdırıcı görüşə hazırlaşdığı vaxt Afinadan danışıqları poza biləcək addımlar atılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

Nəşrin iddiasına görə, dialoq prosesini pozmaq üçün həmlələr edən Yunanıstandan son bir həftə ərzində üç təxribatçı addım gəlib:

“Araşdırıcı görüşlərin başlamasından bir müddət əvvəl dialoq mühitini poza biləcək ilk açıqlama Baş yepiskop İeronimdən verilib. İslam dini və müsəlmanlar haqqında nalayiq ifadələr səsləndirən baş yepiskopa Ankaradan cavab gecikməyib. Xarici İşlər Nazirliyi yaydığı açıqlamada baş yepiskopa xəbərdarlıq edib.

Yunanıstanın sonrakı təxribatı Egey dənizində ABŞ-la birgə hərbi təlimlər keçirməsi oldu. Yunanıstan və ABŞ Dəyirmanlıq adasına paraşütlə diversant endirmə məşqləri edib. ABŞ ordusunun təlimlərdə Türkiyə və Yunanıstanı savaşa təhrik edəcək addımlar atdığı da diqqətdən yayınmayıb.

Bundan başqa, Yunanıstan Baş naziri Kiryakos Miçotakis və Xarici İşlər naziri Nikos Dendiasın İon dənizində ərazi sularının 12 milə qədər genişləndiriləcəyi ilə bağlı açıqlama verib. Dendias “Kritin şərqindəki sərhəd sularımızı genişləndirməyi planlaşdırırıq” deyərək bir təxribata imza atıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər