23 Yanvar 2021 00:14
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Xarkovda qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənəd dövlət başçısının saytında yayılıb.

"21 yanvar 2021-ci ildə Xarkov şəhərindəki qocalar evində baş verən və insan tələfatına səbəb olan yanğın faciəsi ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qərara alıram: 23 yanvar, 2021-ci ildə Ukraynada matəm günü elan olunsun", - fərmanda deyilir.

Prezident matəm günü Ukraynanın hər yerində rəsmi qurumlarda, yerli hakimiyyət orqanlarında, dövlət müəssisələrində, digər müəssisə və təşkilatların binalarında dövlət bayraqlarının endirilməsinə, əyləncə və konsert tədbirlərini ləğv etməyə, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər etməyə qərar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər