23 Yanvar 2021 08:05
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, bir qədər sonra özünə hansısa yeni məşğuliyyət tapmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Amerika administrasiyasının sabiq başçısı Palm-Biç özünün qolf-klubunda jurnalistin sonrakı planlar haqqında sualına belə cavab verib.

"Biz nə iləsə məşğul olacağıq, amma indi yox".

Bundan sonra Trampın köməkçiləri jurnalistdən getməyi xahiş ediblər.

Qəzet qeyd edib ki, bu respublikaçının prezident postunda səlahiyyətlərinin başa çatmasından sonra jurnalistlərə ilk açıqlamasıdır. Nəşrin məlumatına görə, cümə axşamı və cümə günü Tramp Mar-a-Laqodakı malikanəsi yaxınlığında yerləşən qolf-klubda olub.

"Ona fasilə lazımdır", - daha əvvəl Tramp haqqında danışan köməkçilərindən biri qeyd edib. "Biz ümid edirik ki, o, sadəcə bir ay ərzində qolf oynayacaq, amma ona daim hərəkətdə olmaq lazımdır", - köməkçi əlavə edib.


Müəllif: Teleqraf.com