23 Yanvar 2021 23:26
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qvineya sahillərində Türkiyəyə məxsus M / V Mozart adlı gəmi nigeriyalı dəniz quldurları tərəfindən girov götürülüb.

Teleqraf.com xəbər verir ki, ilkin məlumatlarda bir ekipaj üzvünün öldürüldüyü, 15 nəfərin isə zorla qaçırıldığı bildirilir.

“Boden” türk şirkətinə məxsus qaçırılan gəmidə 19 ekipaj üzvünün olduğu, gəminin 2-ci mühəndisi Fərman İsmayılov öldürüldüyü dəqiqləşib.

Türkiyə mediası hadisə ilə bağlı Türkiyə rəsmilərinin danışıqlara başladığını yazıb.

***

"M/V Mozart" gəmisində olan 19 ekipaj üzvünün adları açıqlanıb:

Kapitan - Mustafa Qaya

2-ci kapitan – Məlih Çətin

3-cü kaptan - Doğancan Cəngil

4-cü kaptan - Furkan Yarən

Baş mühəndis - Süha Tatlıgül

2-ci mühəndis – Fərman İsmayılov

3-cü mühəndis - Yasin Alpər Şəkər

Elektroteknik zabit - Gökhan Buran

Rəis - Vedat Aksan

Dənizçi - Erdi Ərman

Dənizçi – Xəlil Gülçür

Dənizçi - Ünsal Dilsiz

Dənizçi - Adil Alkan

Dənizçi - İlyas Baş

Fiter – Məsud Maral

Ekipaj üzvü - Bahadur Yaşılalan

Ekipaj üzvü - Gökhan Lalə

Aşpaz - Mustafa Benklioğlu

Təcrübəçi – Həmzə Orxan


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər