Qırğızıstanın yeni prezidenti Sadır Japarovun ilk xarici səfəri Rusiyaya planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş nazirin müavini Ravşan Sabirov parlamentin aqrar siyasət, ekologiya və su ehtiyatları komitəsinin iclasında bildirib.
“Sadır Japarov ilk səfərini Rusiyaya etmək niyyətindədir”, – deyə baş nazirin müavini qeyd edib.
R.Sabirovun sözlərinə görə, Qırğızıstan lideri səfər zamanı Rusiya tərəfi ilə təbii qazın qiymətinin endirilməsi məsələsini müzakirə etmək niyyətindədir.
Qırğızıstanda növbədənkənar prezident seçkiləri yanvarın 10-da keçirilib. Sadır Japarov 79,2% səs toplayaraq birinci turda qalib gəlib. Yanvarın 28-də yeni liderin andiçmə mərasimi keçiriləcək.