ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp əmisinin evliliyinin yaxşı getmədiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, psixoloq olan 55 yaşlı Meri bu barədə İngiltərənin “Teleqraf” qəzetinə verdiyi müsahibədə danışıb.
Meri Tramp keçmiş birinci xanım Melaniya Trampın evliliyindən məmnun olmadığını və boşanmaq istədiyini deyib.
O, Melaniyanın boşana bilməyəcəyini, ancaq əmisinin də arvadına sevgi göstərmədiyini söyləyib: “Mən onun arvadına qarşı mehriban olduğuna inanmıram”.
Qardaşı qızı ölkəsinə vurduğu ziyan səbəbiylə əmisi ilə əlaqəsini kəsmək üçün soyadını dəyişdirmək istədiyini bildirib. O, bu soyadın onun gələcəyinə mənfi təsir edə biləcəyini vurğulayıb və qeyd edib ki, Donald Tramp ölkəsinə böyük ziyan vurub, bunun böyük hissəsini düzəltmək çətindir.
Meri Tramp keçmiş ABŞ prezidentinin 1982-ci ildə 42 yaşında vəfat edən böyük qardaşı Fred Trampın kiçik qızıdır.